Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

2022-ci il 6 aylıq

 2022-ci ilin birinci yarımili ərzində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət və nəqliyyat vasitələrinin təmiri) üzrə məhsul buraxılışı və xidmətlərin göstərilməsi əvvəlki ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 18,2 faiz artaraq 180.347,8 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi  1.642,8  manat  təşkil etmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin birinci yarımilində, ticarət xidmətinin həcmi 15,9 faiz, informasiya və rabitə xidmətinin həcmi 5,9 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətinin həcmi  14,0 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 4,2 faiz , sənaye məhsulu istehsalı 33,1 faiz, tikinti-quraşdırma işlərinin həcmi isə 25,5 faiz artmışdır.

Hesabat dövründə kənd təsərrüfatında 52,3 milyon manatlıq və ya ümumi məhsulun (29,0 faiz), ticarət sahəsində 41,0 milyon manatlıq (22,7 faiz), tikintidə 22,5 milyon manatlıq (12,5 faiz), sənayedə 60,4 milyon manatlıq (33,5 faiz), nəqliyyat və anbar təsərrüfatında 3,2 milyon manatlıq (1,8 faiz), informasiya və rabitə xidmətlərində 0,7 milyon manatlıq (0,5 faiz) məhsul və xidmətlər istehsal edilmişdir.

Məhsul və xidmətlərin 75,0 faizi istehsal sahələrinin, 25,0 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

     6 ay ərzində sənaye müəssisələrində çalışan  1.423 nəfər işçinin orta aylıq nominal əmək haqqı 562,1 manat olmuşdur.

      Əsas kapitala yönəlmiş investisiyanın həcmi 24.208,3 min manat, tikinti quraşdırma şlərinin həcmi isə 22.561,6 min manat təşkil etmişdir.           

      6 ay ərzində açılmış yeni iş yerlərinin sayı 571 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.

        Rayonun yerli gəlirləri 6 ayın  yekunlarına görə 9.694,9 min manat proqnoza qarşı 12622,5 min manat (130,2 %) və ya 2.927,6 min manat çox, o cümlədən: “Avtomobil olları” Məqsədli Büdcə fonduna aid olan məbləği 10,8 min manat proqnoza qarşı 9,1 min manat (84,3 %) və ya 1,7 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 4.007,3 min manat proqnoza qarşı 5.218,9 min manat (130,2 %) və ya 1.211,6 min manat çox, yerli xərcləri 2.478,8 min manat proqnoza qarşı 2.793,6 min manat (112,7%) və ya 314,8 min manat çox icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 5.676,9 min manat proqnoza qarşı 7.394,5  min  manat (130,3 % ) və ya 1.717,6 min manat çox icra olunmuşdur.

     Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 3 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 99,7 min manat az vəsait daxil olmuşdur. Digər 7 növ gəlirlər üzrə  1.311,3 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 1.211,6 min manat çox yerinə yetirilmişdir.

     Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 12.622,5 min manat vəsitdən 5.218,9 min manatı rayonun yerli gəlirlərinə, 9,1 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 7.394,5 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.

     Rayonun yerli xərcləri 2.478,8 min manat proqnoza qarşı 2.793,6 min manat (112,7%) və ya 314,8 min manat çox icra olunmuşdur.   Ümumilikdə xərclərin təyinatdan çox icra olunmasının səbəbi  yerli icra hakimiyyəti orqanları və digər sahələr üzrə Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamları ilə əməkhaqqına artımların müəyyən edilməsi ilə bağlı əməkhaqqı və ona üstəlik xərclərə tələb olunan əlavə vəsaitin yerli xərclər hesabına ödənilməsi, digər xərc maddələrində qənaətin yaranmasına səbəb isə yerli icra hakimiyyəti orqanları və digər sahələr üzrə bəzi ştat vahidlərinin vakant olması   və bəzi xərclər üzrə faktiki icranın olmadığı (ezamiyə xərci, yanacaq, elektrik enerjisi, qaz, su, rabitə və s.) üçün vasaitin ödənilməməsi  olmuşdur.

     Yerli büdcənin hesabında  və  təşkilatların  ayrı-ayrı xərc maddələri  üzrə  limit  qalığında  01 iyul 2022-ci il tarixə 2.425,3  min manat vəsait qalığı yaranmışdır.

     Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

      6 ay ərzində  10 kV-luq hava xəttinin 37,7 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Bum, Tüntül, Mıxlıqovaq, Zalam, Nic  elektrik verilişi hava xətlərində 176 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 37700 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-50, AS-35 markalı naqillərlə əvəz edilmişdir.

      10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən 18 ədəd 250 A-lik, 14 ədəd 400 A-lik  ayrıcı quraşdırılmışdır.

      Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 23,0 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 228 ədəd ağac dayaq  dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 56 ədəd transformator yarımstansiyasının  qoruq zonası alaq və yabanı otlardan təmizlənmiş, 20,0 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlmə işləri aparılmışdır. 17 ədəd  transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir.

     Əhali və qeyri əhali sektorunda 223 ədəd yeni, 90 ədəd 3 fazlı sayğac quraşdırılmışdır. 1292 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.

     Zaqatala Reğional Qaz İstismarı İdarəsinin Qəbələ Xidmət Sahəsi 6 ay ərzində 21.453 əhali, 281 qeyri-əhali istehlakçılarına xidmət göstərmişdir.     6 ay ərzində müxtəlif diametrli polad borularla 970 metr yeni qaz xətti çəkilmiş, 7 ədəd RDUK çəpərlənmişdir.Qəbələ şəhərində bir şəhid ailəsinə və Həmzəli kəndində bir müharibə iştirakçısına məxsus torpaq sahəsinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdirilmiş, Bum qəsəbəsində bir müharibə iştirakçısının fərdi yaşayış evi qazlaşdırılmışdır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar Nəsimi küçəsində 1 ədəd ŞQTM 500 tipli təzyiq tənzimləyicisi quraşdırılmışdır.

    “Təmiz Qaz” MMC və xidmət sahəsi tərəfindən aşkar olunmuş 1216 sızma ləğv edilmişdir. İşləməyən 1345 sayğac əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Fərdi qaydada 218 abonent və 19 qeyri-əhali yeni  abonent qazla təmin olunmuşdur.    

      6 ay ərzində 6 №-li Regional Sukanal idarəsinin Qəbələ Sukanal sahəsi 8.098 əhali, 224 qeyri-əhali abonenti olmaqla cəmi 8.322 abonentə xidmət göstərir. Xidmət göstərilən əhali abonentlərin 7.879-u, qeyri-əhali abonentlərin 189-u sayğaclaşmışdır. Qəbələ şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Küsnət su mənbəyində 2 ədəd 8-40-120 markalı nasos dəyişdirilmiş,  hərbi şəhərcikdə  2 ədəd d=100 mm olan siyirtmə yenisi ilə əvəz olunmuşdur. 6 ay ərzində su şəbəkəsində 82, kanalizasiya şəbəkəsində 43 qəza baş vermiş, baş vermiş qəzalar aradan qaldırılmışdır.

      Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı 6 ay ərzində şəhər təsərrüfatına 186,5 min manat, ictimai yaşayış binalarına 38,1 min manat, idarə və müəssisələrə 39,6 min manat, kommersiya obyektlərinə 5,2 min manat və fərdi təsərrüfatlara 2,6 min manat cəmi 272,0 min manat dəyəridə təmizlik və digər kommunal xidmətləri göstərmişdir.

     Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC  tərəfindən rayon ərazisində 6 ay ərzində 730,1 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür. Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə  12,7  milyon manat ayrılmışdır.Hazırda tikinti-təmir işləri davam etdirilir. Bu günə kimi su ötürücü borular quraşdırılmış, yeni körpü tikilmiş, torpaq işləri tam yüerinə yetirilmiş, əsasın tikilməsi işləri başa çatdırılmışdır. Yolun 12 km hissəsinə asfalt-beton örtük çəkilmiş, 4 km hissəsində işlər davam etdirilir.

        Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5,5 kilometr olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Qeyd edək ki, analoji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3,8 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,5 kilometr) və Şamlı-Tola (6,3 kilometr) avtomobil yollarında da davam edir. Hazırda Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı yolunda asfaltlanma işləri görülür. Beləliklə ümumi uzunluğu 26 kilometrdən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

        “Aztelekom” MMC-nin Dağlıq Şirvan regional filialının Qəbələ şöbəsi 2022-ci ilin 6 ayı ərzində 875,4 min manat rabitə xidməti göstərmişdir. 6 ay  ərzində şəhər və kənd əhalisinə 255 ədəd telefon çəkilmiş, 259 ədəd internet qoşulması verilmişdir. Hazırda genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 9.195 nəfər təşkil edir. Telefon və internet xidmətinin keyfiyyətinin yüsəldilməsi üçün şəhər və kənd telefon şəbəkəsində 2.000  metr müxtəlif kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

Şəhər telefon şəbəkəsində telefon, internet və digər multimedia xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə GPON texnologiyasının tətbiqinə başlanmışdır. Hal-hazırda şəhərin şimal, cənub və şərq hissələrində rabitə dirəklərinin və optik xətlərin çəkilişi işləri aparılır. Almalıq yaşayış massivində isə işlər tam başa çatdırılmış və 200 nömrə çəkilərək abunəçilərin istifadəsinə verilmişdir.Nic qəsəbəsində  EATS-ə 1ədəd akkumulyator batareyası quraşdırılmışdır. 

      “Azərpoçt” MMC-nin Poçt Qəbələ filialının tarif gəliri 6 ay ərzində  227,2 min manat olmuşdur ki, nəticədə birinci yarımil 21,5 min manat mənfəətlə başa vurulmuşdur.

      Dövlər Sosial Müdafiə Fondunun 1 saylı Şəki-Zaqatala regional  filialında Qəbələ rayonu üzrə  01 iyul 2022-ci il  vəziyyətinə 10.061 pensiya işi üzrə 10.110  nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə orta aylıq pensiya məbləği  3.043 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 302,46 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 9.129 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 5.277 ədəd sosial müavinət 3.852 ədəd təqaüd işi vardır. 01.07.2022-ci il tarixə rayon üzrə 154 nəfər şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. 01.10.2020-ci il tarixdən başlayaraq pensiya, müavinət və təqaüdlərin, həmçinin aparatın saxlanılması xərclərinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən, filial tərəfindən maliyyələşmə aparılmamışdır.

        Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 138 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 243 min kub/metr çay məcrası daş və qumdan təmizlənmişdir.       

        Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin  06.09.2021-ci il tarixli, 2885 nömrəli sərəncamına əsasən  investisiya xərclərindən  rayonda 4 ədəd (Böyük Əmili, Həzrə, İmamlı və Nohurqışlaq kəndlərində) subartezian quyusunun qazılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə ümumilikdə 280 min manat ayrılmışdır.Hazırda həmin quyularda qazma işləri davam etdirilir.

      Azərbaycan Respublikası Prezidentinin 28.10.2019-cu il tarixli Sərəncamına  əsasən Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni  yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Obyektin layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri dövlər ekspertizasından keçirilmiş, satınalmalar üzrə tender keçirilmişdir. Maliyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanacaqdır.

      6 ay ərzində rayonun Nic qəsəbəsində Heydər Əliyev fondunun sifarişi ilə 240 şagird yerlik 1 saylı, Təhsil Nazirliyinin sifarişi ilə 360 şagird yerlik 4 saylı, Bum qəsəbəsində 624 şagird yerlik 1 saylı, Zarağan kəndində 528 şagird yerlik tam orta məktəb binalarında, Azərbaycan Respublikasının Baş prokurorluğunun sifarişi ilə Qəbələ Rayon Prokurorluğunun inzibati binasında, Qəbələ şəhərində Səhiyyə Nazirliyinin sifarişi ilə 160 çarpayılıq Xəstəxana Kompleksində, “Azərişıq” ASC-nin sifarişi ilə Hacıalılı kəndində 2x2.5 MVA 10/110/35/10 kv/luq yarımstansiyanın yenidənqurulması və interaktiv tədris idarəetmə mərkəzində tikinti, quraşdırma və yenidənqurma işləri davam etdirilmişdir.

     Bununla yanaşı özəl sektora aid tikinti obyektlərində Vəndam qəsəbəsində “Vəndam-Azərbaycan Limited” MMC-nin sifarişi ilə turizm və istirahət obyektində, Qəbələ şəhərində Rəhimov Arif Fazil oğlunun sifarişi ilə tikinti sahəsi 316 kvm olan yanacaqdoldurma məntəqəsində, Hüseynova Reyhanə Nürəddin qızının sifarişi ilə tikinti sahəsi 87 kvm olan mağaza binasında, Mirzəzadə Rüfət Nazim oğlunun sifarişi ilə tikinti sahəsi 277 kvm olan tibb obyektində, Zarağan kəndində Ağammədov Qəhrəman Sabir oğlunun sifarişi ilə tikinti sahəsi 565 kvm olan ticarət mərkəzində və Böyük Pirəli kəndində İsgəndərov Arif Yavər oğlunun sifarişi ilə tikinti sahəsi 1581 kvm olan tibb obyektində tikinti quraşdırma işləri davam etdirilmişdir.

Qəbələ rayon ümumtəhsil məktəblərində 2021-2022-ci tədris ilində (2022-ci il)  şagirdlərin sayı - 18180 nəfər olmuşdur. Müvəfəqiyyət göstəricisi  -  95 % Keyfiyyət göstəricisi- 75 %.Qəbələ rayon Təhsil Şöbəsi rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır.

    Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların 6 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1504 şagird  iştirak etmiş, onlardan 5 nəfər 270-dən yuxarı bal toplamışdır. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında isə 1100 nəfər imtahan vermişdir ki, onlardan da 5 şagird 280-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir.

Ümumtəhsil məktəblərinin şagirdləri Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Ən yaxşı Təqdimat” müsabiqəsinin, II-X sinif şagirdləri arasında Kenquru beynəlxalq riyaziyyat müsabiqəsinin, V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının bütün mərhələlərində (rayon, zona, respublika) iştirak etmiş, yüksək nəticələr göstərmiş, layiqli yerlər tutmuşlar.

    Qəbələ rayon mədəniyyət müəssisələrində 2022-ci ilin birinci yarımili ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri keçirilmişdir.

    Qəbələ RMX PHŞ-da  2022-ci ilin birinci yarımili ərzində xəstələrin sayı 1537 nəfər, cərrahi əməliyyatların sayı 497, onlardan təcili  79, planlı  418,  keysəriyyə  əməliyyatı  44  olmuşdur. Bu müddət ərzində 473 doğuş baş vermiş, ev doğuşu olmamışdır. Körpə ölümünün sayı (0-1 yaş) 0, 1-5 yaş uşaq ölümü 0,  ölü doğulan 10,  erkən  neonatal  ölüm  olmamışdır.

    2019-cu ilin dekabr ayından bütün dünyanı cənginə alan, 2020-ci ilin fevral ayından isə ölkəmizdə yayılmağa başlayan yeni növ Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, 19 yanvar 2021-ci il tarixdən isə Qəbələ rayonunda əhalinin vaksinasiya prosesi başlanılmışdır. Vaksinasiya prosesinə başlanılması ilə əlaqədar mərkəzi rayon xəstəxanasında bütün hazırlıq işləri görülmüş ayrılmış otaqlar zəruri avadanlıqlarla təchiz edilmiş, tibb işçiləri təlimatlandırılmış və əhali arasında təbliğat işləri aparılmışdır. 19 yanvar 2021-ci il tarixdən 2022-ci ilin birinci yarımilinin sonunadək Qəbələ rayonu üzrə əhalinin 57892 nəfəri vaksinasiya edilib ki, onlardan 54029 nəfərinə hər iki doza, 44851 nəfərə isə vaksinasiyanın gücləndirici dozası olan “ Booster” dozası tətbiq edilmişdir.

      Qəbələ RMX PHŞ-ə xəstə gəlişlərinin sayı 91495 nəfər, EKQ müayinələrinin sayı 2220, stasionar şöbəyə daxil olan xəstələrin sayı 1537 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 497, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 1163, kompüter tomoqrafik müayinələrin sayı 619, rentgen müayinələrin sayı 11656, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 7446 olmuşdur. Kliniki laboratoriyada 6229 xəstədə 222951 növ müayinə aparılmışdır.

     Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2022-ci ilin birinci yarımili ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 465 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 432 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 1025 peyvənd, Polimelitə qarşı 2166 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 595 peyvənd, Pk 1229, İPV 398, HİB 1240, doğumun 4-7 günlərində 412 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində  rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.
            Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 34 tədbir keçirilmişdir. Bunlardan 20 tədbir gənclərlə iş sahəsini, 14 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.

             Hesabat dövrü ərzində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə bir sıra nailiyyətlər əldə olunmuşdur.

14-16 yanvar 2022-ci il tarixlərdə sambo idman növü üzrə keçirilən ölkə birinciliyi və çempionatında Qismət Məmmədzadə, İbrahim İsayev və Murad Bəşirov III yeri tutmuşlar.

13-16 yanvar 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən cüdo idmn növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyində Tamerlan Cabbarov qızıl medal qazanaraq çempion olmuşdur.

25-27 fevral 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən cüdo idman növü üzrə U-21 gənclər arasında Azərbaycan birinciliyində Gülşən Bəşirova gümüş medal qazanmışdır.

26-28 fevral tarixində Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə açıq Avropa turnirində İmran Yusifov bürünc medala sahib olmuşdur.

07-13 mart tarixlərdə boks idman növü üzrə yeniyetmələr arasında Bakı şəhərində keçirilən ölkə birinciliyində Devran Qafarov və Ramal Yolçuyev bürünc medal qazanmışdır.

09-10 aprel tarixdə stronqmen idman növü üzrə keçirilən ölkə çempionatında Sənan Şükürov I yeri, 18-22 aprel 2022-ci il tarixlərdə sərbəst güləş idman növü üzrə U-17 (yeniyetmələr arasında) keçirilən ölkə çempionatında isə Fariz Tahirov III yeri tutmuşdur.

03-05 iyun tarixdə MMA, pankration və qrapplinq idman növü üzrə keçirilən ölkə çempionatında Qəbələ idmançılarından nurməhəmməd Sadıqov və Mətin Muradov II yer, Cəsur Xurşudov III yer tutmuşlar.

06-08 iyunda Bakı şəhərində sərbəst güləş idman növü üzrə U-15 ölkə çempionatında Rəşad Veysəlov I yeri tutmuşdur.

09-11 iyun tarixdə taekvondo idman növü üzrə yeniyetmələr və gənclər arasında keçirilən “Koreya səfiri kuboku” turnirində Toğrul Qafarlı II yerə layiq görülmüşdür.

14-22 iyunda şahmat məsələlərinin əyani həlli üzrə keçirilən Azərbaycan çempionatında Araz Alməmmədov II və Aydan Hüseynzadı III yeri tutmuşdur.

18-19 iyunda idmanın müxtəlif növləri üzrə keçirilən “Qələbə” idman festivalında nərd üzrə Aslan Dəmirov II yerə layiq görülmüşdür.

23-26 iyunda Stronqmen idman növü üzrə keçirilən İPSU Avrasiya çempionatında Sənan Şükürov I yeri tutmuşdur.

09 apreldə Nə? Harda? Nə vaxt? İntelektual oyunu üzrə keçirilən “Qalib Gəncliyimizin Zəfər Kuboku” layihəsinin final mərhələsində Qəbələ komandası II yerə, 28 apreldə keçirilən “Şahin” hərbi-idman oyununun zona birinciliyi9ndə komandamız I yerə layiq görülmüşdür.

13 mayda “Sərhəd” hərbi-idman oyununun zona birinciliyindı Qəbələ komandası II yeri, “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində isə komandamız I yeri tutmuşdur.
            “Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2022-ci ilin birinci yarımili ərzində idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 491 nəfər istifadə edmişdir.

            Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2021-2022-ci tədris ilində 687 nəfər tələbə dərsə başlamışdır. Tədris ilini bitirən məzunların sayı 291 nəfər, keçid qruplarında tələbələrin sayı 289 nəfər olmuş, Mərkəzi tam orta təhsil almaqla 41 tələbə bitirmişdir.
               Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2022-ci ilin birinci yarımili ərzində 12 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.
            Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ,  loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.

2022-ci ilin birinci yarısı ərzində rayon icra hakimiyyətinə daxil olan vətəndaş müraciətlərinə operativ şəkildə baxılması təmin edilmişdir. Bu dövrdə rayon icra hakimiyyətinə ümumilikdə 736 ərizə, o cümlədən rayon icra hakimiyyətində baxılmaq üçün 161 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 5 ərizə Milli Məclisdən, 8 ərizə Nazirlər Kabinetindən, 27 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 525 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.

Vətəndaşlar tərəfindən göndərilən ərizələrin məzmunu əsasən mənzillə təminat, müalicəyə göndərilmə, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s .barədə olmuşdur. Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir.

Qeyd: Bölmədə olan məlumatlar yenilənir.

Keçidlər