Rayon haqqında
Idman
Qəbələ Rayon Gənclər və İdman idarəsi
Vəzifəsi |
Soyadı, adı, atasının adı |
Telefon |
Ünvanı |
Rəis |
Soltanov Fəxri Elxan oğlu |
5-20-30 |
Heydər Əliyev Prospekti 226 |
Müavin |
Abbasov Müşfiq Vidadi oğlu |
5-16-47 |
Qəbələ rayon idman obyektləri
S/S |
Müəssisənin adı |
Ünvanı |
Direktorun soyadı, adı, |
Telefon |
|||
Qəbələ şəhəri |
|
||||||
1 |
Qəbələ rayon Olimpiya İdman Kompleksi |
Qəbələ şəhər 28 May küçəsi 37 |
Bayramov Şahismayıl Ağasöyün |
050-204-03-03 |
|
||
2 |
Qəbələ Futbol Klubunun bazası |
Qəbələ şəhər E.Kərimov küçəsi №34 |
Əhmədov Mübariz Əsgər oğlu |
050-290-00-54 |
|||
İdman Məktəbləri |
|
||||||
1 |
Qəbələ Uşaq Gənclər İdman Şahmat Məktəbi |
Qəbələ şəhər İ.B.Qutqaşınlı 48 |
Əliyev Ədalət Məhəmmədiyyə oğlu |
050-370-79-73 |
|
Gİİ haqqında məlumat
Qəbələ rayon Gənclər və İdman idarəsi 1995 – ci ildən fəaliyyət göstərir. İdarədə ştat cədvəli üzrə 6 vəzifə təsdiq edilmişdir ki, bunlar idarə rəisi, rəis müavini, məsləhətçi mühasib, baş məsləhətçi və iki aparıcı məsləhətçi vəzifələridir. Rəis müavini vəzifəsi hal-hazırda vakantdır. İdarə işçilərindən 5 nəfər ali təhsilli, məsləhətçi mühasib orta ixtisas təhsillidir.
İdarə Qəbələ rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində 2 otaqda yerləşmişdir.
İdarə rayonda Dövlət Gənclər və Dövlət İdman siyasətini həyata keçirir. İdarənin nəzdində ictimai əsaslarla hazırda taekvondo, sərbəst-güləş, cüdo, qocyu-do karate, kikboksinq, boks, armrestlinq, sayokan döyüş növü üzrə bölmələr fəaliyyət göstərir. Həmin bölmələr rayon mərkəzində və bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərir.
İdarənin fəaliyyəti Gənclər və İdman Nazirliyi və rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış iş planına uyğun olaraq gənclər siyasətinin həyata keçirilməsinə və idmanın inkişafına istiqamətlənmişdir. İdarə işçiləri və rayonumuzun gəncləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edir və verilən tapşırıqlara məsuliyyətlə yanaşırlar.
Son dövrlər hərbi vətənpərvərlik, yeniyetnmə və gənclərin ordu sıralarında hərbi xidmətə hazırlanması məqsədilə keçirilən tədbirlər çox əhəmiyyətli olmuş və bunun da nəticəsidir ki, “Şahin”, “Cəsurlar”, “Sərhəd”, “Vətənin Müdafiəsinə Hazıram!” çoxnövçülüyü üzrə zona və respublika yarışlarında rayonumuzun komandaları uğurlar qazanmışdır. Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində gənclərdə vətənə məhəbbət, dövlət rəmzlərinə hörmət, milli mənəvi və dini dəyərlərin qorunması, məktəblərin yuxarı sinif şagirdləri arasında müxtəlif mövzularda keçirilən inşa yazı, rəsm, mahnı və şeir müsabiqələri idarə tərəfindən hazırlanıb keçirilmişdir. Gənclərin bilik və bacarıqlarının yoxlanması məqsədilə Bilik yarışları, “Xəmsə” Milli İntelektual oyunları, test, inşa, viktorinaların keçirilməsi ənənə halını almışdır. İşsiz gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə stimullaşdırılması və bu sahədə maarifləndirmə işləri ilə bağlı müəyyən işlər aparılır.
Respublikamızın bütün bölgələrində olduğu kimi Qəbələ rayonunda da müasir idman quğuları və nəhəng idman obyektləri fəaliyyət göstərir. Buna bariz misal Qəbələ rayonunda tikilib istifadəyə verilən Olimpiya İdman Kompleksini, “Qəbələ” Futbol klubunun bazasını, stadionları, Cıdır Kompleksini, Atıcılıq Mərkəzini, həmçinin tikintisi davam etdirilən ”Tufan” dağ-xizək yay-qış istirahət kompleksini və “Golf Resort” idman və istirahət mərkəzini göstərmək olar. Bunlarla yanaşı Rayon İcra Hakimiyyəti tərəfindən hər il orta məktəblərin idman meydançaları və sadə idman qurğuları əsaslı təmir edilir, istifadə müddətini başa vurmuş qurğular yeniləri ilə əvəz olunur. İldən-ilə rayonun kənd və qəsəbələrində məktəblərin idman zalları əsaslı təmir edilir və yeni zallar tikilir.
Həmçinin idman sahəsində keçirilmiş çoxlu sayda tədbirlər idmançılarımız üçün əhəmiyyətli olmuş, onlar atletika, cüdo, futbol, voleybol, şahmat, sərbəst güləş, taekvondo, kikboksinq, karate, döyüş növləri üzrə respublika çempionları, beynəlxalq yarışların qalibi olmuşlar.
Bunlarla yanaşı rayonda bir çox beynəlxalq və respublika səviyyəli yarışlar - “Offroard” avtomobil yarışı üzrə Beynəlxalq turni, 17 ölkədən 20-dək komandanın iştirak etdiyi Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq velosiped turniri, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında 6 Avropa klubunun qatıldığı I Qəbələ Kuboku Futbol turniri, “Olimpiya Yol yürüşü” adlı kütləvi-idaman tədbiri, Velosiped üzrə Azərbaycan Çempionatı, Oyun Festivalı və s. keçirilmişdir. Rayonda idmanın maddi-texniki bazası möhkəmləndikcə sərbəst-güləş, boks, taekvondo və başqa idman növləri üzrə Azərbaycan yığma komandaları təlim-məşq üçün Qəbələyə gəlirlər.
Qarşıya qoyulan əsas məqsədlərdən biri odur ki, hər bir gənc idmanla məşğul olsun, çünki, sağlamlığı möhkəmləndirməklə, fiziki mədəniyyəti qaldırmaqla sağlam gələcəyə zəmin yaratmaq mümkündür. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Qəbələ rayonunda sağlam gənclik yetişir.