Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şən startlar” əyləncəli tədbir keçirilib

01 iyun 2023 | 17:49

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə uşaqlar üçün əyləncəli bayram tədbiri keçirilib. Uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzin sərgi salonları ilə tanış olmuş, daha sonra Mərkəzin həyətində uşaqlar üçün “Şən startlar” əyləncəli oyunu təşkil olunmuşdur. Bütün hədəfləri uğurla dəf edərək qalib gələn “Dostluq” komandası I-yerə, “Bərabərlik” komandası II yerə və “Sülh” komandası III yerə layiq görülüb. Sonda qalib komandalara mükafatlar təqdim edilib.

Keçidlər