Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ gənc-könüllülər klubu” yaradılmışdır

09 aprel 2013 | 15:00

“Azərbaycan Gəncliyi 2011-2015-c illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq Azərbaycan Res¬publikası Gənclər və İdman Nazirliyi və “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyini tərəfindən “Regionlarda “Gənc könüllülər klubu” nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəs¬ləndirilməsi” adlı layihə çərçivəsində “Qəbələ gənc-könüllülər klubu” yaradılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov layihənin məqsədi barədə məlumat verərək bildirdi ki,   layihənin məqsədi rayon gəncləri arasında könül¬lülüyün təşviq edilməsi və gücləndirilməsi, könüllülük ide¬yasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması, könül¬lülərin fəaliyyətinin, on¬la¬rın təşkilatların fəaliyyətinə cəlb edilməsini nəzərdə tutur.
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev bildirdi ki, layihənin əsas nəticələrindən biri kimi regionlarda  “Gənc Könüllülər Klubu”nun yara¬dılmasını xüsusilə qeyd etmək lazımdır. Bu günə qədər Azərbaycanın bəzi regionlarında belə klubların  yaradılmasına təşəbbüs gös¬təril¬sə də bu iş davamlı olmamaışdır. Bu ba¬xım¬dan həyata keçiriləcək layihə çərçivəsində yaradılacaq “klublar” davamlı fəaliyyət gös¬tərəcək və regionlarda müxtəlif könüllülk təşəbbüslərində iştirak edəcək. Layihə çərçivəsində hər bir region “Gənc Könüllülər Klubu”nun facebook səhifəsi açılacaq. Bu səhifə vasitəsilə regionlarda könüllülüklə məşğul olmaq istəyən gənclər şəbəkələşəcək, bir biri ilə daha sıx əlaqədə işləyəcəklər. Regionlarda “Gənc Könüllülər Klubu” larında təmsil olunan gənclər sosial təşəbbüslərlə çıxış edəcəklər və regionda layihələrin icrasında iştirak edəcəklər.
Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi adından çıxış edən Qalib Nəbiyev könüllülük hərəkatının prinsiplərindən danışaraq bu layihə çərçivəsində gənclərin təşkilatlanmasının əhəmiyyəti barədə ətraflı məlumat verdi və Azərbaycanda ilk nümunələrdən olan “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabçanın nəşr olunmasını yüksək qiymətləndirdi. Natiq bildiri ki, ölkəmizdə könüllü fəaliyyət haqqında, onun nəzəri və praktik əsaslarına dair əyani vəsaitlər, araşdırmalar elə də çox deyil. Bu təlabatı nəzərə alaraq, “Bizim Nəsil” Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazir¬liyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində kitabçanı nəşr etməsi mühüm əhəmiyyət daşıyır.
Layihə çərçivəsində iştirakçılara “Könüllü fəaliyyət üçün bələdçi” kitabçası, müxtəlif təbliğat xarekterli materiallar təqdim olunmuşdur.

Keçidlər