Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilib

19 aprel 2013 | 15:00

Qəbələ şəhərində “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin  növbəti  iclası keçirilib. “Qafqaz Riverside” hotelin konfrans zalında  təşkil olunan iclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan və Şamaxı rayonunun İcra Hakimiyyətlərinin məsul vəzifəli şəxsləri, rayon polis şöbələri, yol idarələri və yol polisinin əməkdaşları, eləcə də Nəqliyyat Nazirliyinin, “Azəryolservis” ASC-nin, Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik Baş İdarəsinin nümayəndələri, “Tour d’Azerbaidjan” veloyürüşünün 2, 3 və 4-cü marşrutlarının keçəcəyi rayonların bələdiyyələrinin təmsilçiləri iştirak ediblər.İclasda “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu barədə məlumat verilib, fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində işlər müzakirə edilib və mövcud çatışmazlıqların aradan qaldırılmasına dair tapşırıqlar verilib. Tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirinin müavini Sahib Ələkbərov və Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak etmişlər.

Keçidlər