Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Fondunun direktor müavini Elvira Dolyanın başçılıq etdiyi nümayəndə heyəti Qəbələdə

20 aprel 2013 | 15:00

MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Fondunun direktor müavini Elvira Dolyanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına cəfərləri çərçivəsində  tanışlıq məqsədi ilə Qəbələ rayonunda olmuşlar. İlk öncə qonaqlar şəhərin mərkəzində yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzinin inzibati binasına baxış keçirmişlər. Məlumat verilmişdir ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq burada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılmışdır. Üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu və binanın nümunəvi tərtibatı qonaqlarda xoş təəsürat yatarmışdır. İnzibati bina ilə yaxından tanış olan nümayəndə heyəti burada olan müşavirə zalına dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün mövcud olan otaqlara baxış keçirmişlər. Binanın ən müasir akustik texnologiya və dünya standartlarına uyğun texniki avadanlığı qonaqların marağına səbəb olmuşdur. Daha sonra nümayəndə heyəti rayonun istehsal müəssisələrindən Qəbələ Konserv zavodu və Piano fabrikində istehsal prosesini yaxından izləmişlər. Rayonun turizm sektoru ilə yaxından tanış olan nümayəndə heyətinin üzvləri inşası davam edən "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə də baxış keçirmişlər. Burada qonaqlara   bildirilmişdir ki,   dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Diqqətə çatdırılmışdır ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə "Qafqaz Resort" otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir. Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən qonaqlar bu ecaskar məkanın onlarda xoş təsürat yaratdığını bildirmişlər.

Keçidlər