Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Regionlarda təhsil imkanları olmayan gənclər üçün müxtəlif sahələr üzrə peşə təlimlərinin təşkili”

25 aprel 2013 | 15:00

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Gənc Mühasiblər” İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda təhsil imkanları olmayan gənclər üçün müxtəlif sahələr üzrə peşə təlimlərinin təşkili” layihəsi çərçivəsində görüş keçirilmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi regionlarda təhsili olmayan və işsizlikdən əziyyət çəkən gənclərin peşə sahiblərinə çevrilməsi və işlə təmin olunması, həmçinin ölkənin əmək bazarında peşə sahələri üzrə mütəxəssislərə olan tələbatın qarşılanmasına töhfə verməkdir.
Tədbiri giriş sözü ilə açan Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev, bu kimi layihələrin vətəndaş cəmiyyətinin inkişafına önəmli dəstəyi olacağını diqqətə çatdırdı. “Gənc Mühasiblər” İctimai Birliyinin prezidenti Solmaz Əliyeva layihə çərçivəsində görüləcək işlər və fəaliyyətlər barəsində ətraflı məlumat verdi. Qeyd olundu ki, 3 ay müddətində davam edəcək layihə çərçivəsində Qəbələ rayonunda iştirakçı gənclərə texniki peşə təlimləri istiqamətində tədris təşkil olunacaqdır. Tədbirdə gənclərə iş axtarmanın düzgün yolları, onlara potensiallarından düzgün istifadə etmə mexanizmi barədə məlumat verildi, onları maraqlandıran suallar təlimə cəlb edilmiş peşəkarlar tərəfindən cavablandırıldı.

Keçidlər