Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev-mədəniyyətimizin hamisi”dir

02 may 2013 | 15:00

Qəbələ rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının   90 illiyi  münasibətilə dəyirmi masa keçirilmişdir. İlk olaraq toplantı iştirakçıları tərəfindən Heydər Əliyev  parkında yerləşən Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyuldu.
Tədbir Mədəniyyət Mərkəzində davam etdirildi. Tədbiri giriş sözü ilə  Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə  Qafarova açdı. Sonra  söz Rayon İcra Hakimiyyətinin başçısının müavini  Ətayə  Osmanovaya verildi. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq, bu  dahi insan  barəsində öz ürək sözlərini söylədi sonra  Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahibə Dadaşova  Heydər Əliyevin   ömür yolu və fəaliyyəti  barədə ətraflı çıxış etdi.
Tədbir iştirakçılarından  MKS-nin İnformasiya Şöbəsinin işçisi Gülnar Ədilova, Rəsm Qalareyasının işçisi Elnurə Məmmədova, Mədəniyyət Mərkəzinin direktoru Vüqar Səlimov və digərləri çıxış   edərək Heydər  Əliyev şəxsiyyətinin Azərbaycanın müstəqilliyində və inkişafında mədəniyyətin  dünyaya  tanıdılmasında  oynadığı böyük rolundan danışdılar.
Tədbirdə Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında “O, Heydər Əliyevdir” adlı ədəbi-bədii kompozisiya səsləndirildi.
Sonra tədbir iştirakşıları “Heydər Əliyev-mədəniyyətimizin hamisi” adlı sənədli filmə tamaşa etdilər.Filmin nümayişindən sonra tədbir iştirakçıları  Heydər Əliyev  Mərkəzinə gedərək, Ümummilli Liderin büstü önünə gül dəstələri qoydular.Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyəti barədə nümayiş olunan eksponatlara tanış oldular.

Keçidlər