Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Elektron-Hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda 5-ci beynəlxalq elmi-praktiki konfrans Qəbələdə

07 may 2013 | 15:00

 

Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə gömrük işində informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə bağlı “Elektron-Hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda 5-ci elmi-praktiki konfrans öz işinə başlamışdır.
Konfransın məqsədi e-hökumət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi, elektron idarəçilik sahəsində dövlət qurumları arasında əməkdaşlığın müasir formaların müzakirəsi, gömrük işində və iqtisadiyyatın digər sahələrində İKT-nin tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.
Dünyanın 55 ölkəsindən, 5 beynəlxalq təşkilatdan 102 nümayəndənin qatıldığı konfrans iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişlər.
Daha sonra “Qafqaz Resort” hotelində konfrans öz işinə başlamışdır.
Açılışda Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və başqaları çıxış etmişlər.
İki gün davam edəcək konfransda “İctimai diplomatiya və e-Hökumət”, “Tranzit yüklərə kompleks nəzarət sistemi”, “e-Dövlət mühitində informasiya təhlükəsizliyinin idarə olunması problemləri” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Keçidlər