Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələdə

25 may 2013 | 15:00

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soq rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasına səfəri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişdir.Qəbələ rayonu ilə tanışlıq zamanı nümayəndə heyətinə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir. İlk öncə nümayəndə heyəti  rayonun Çuxur Qəbələ kəndində təqribən 2500 il yaşı olan qədim Albaniyanın — qədim Azərbaycanın paytaxt şəhəri olmuş antik ərazi ilə yaxından tanış olmuşdur. Qeyd olunmuşdur ki, Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix – mədəniyyət qoruğu yaradılmışdır. Məlumat verilmişdir bu sahənin imkanlarını və inkişaf perspektivini nəzərə alaraq son illər Qəbələdə müasir beynəlxalq standartlara cavab verən geniş infrastruktur şəbəkəsi yaradılıb. Bunun nəticəsi olaraq Qəbələyə turist axını da güclənib. Diqqətə çatdırıldı ki, 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Qəbələdə beynəlxalq ekspedisiyaların birgə tədqiqatlar aparması istiqamətində bir çox işlər görmüşlər 2009-cu ildən isə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə ilk 13 nəfər azərbaycanlı mütəxəssis və 10 nəfər koreyalı mütəxəssislərdən ibarət Azərbaycan-Koreya arxeoloji ekspedisiya qrupu burada tarixi məkanın araşdırılması istiqamətində çox böyük nailiyyətlərə imza atmışlar.Səfər çərçivəsində qonaqlar rayonun bir sıra istehsal müəssisələrin fəaliyyəti və bölgənin turizm imkanları ilə də yaxından maraqlanmışlar. Qəbələ Konserv zavodunda, "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləyən qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Daha sonra rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə baxış keçirən nümayəndə heyətinə məlumat verilmişdir  ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Burada idman-ovçuluq ləvazimatı mağazasının fəaliyyət göstərməsi kompleksin özəlliklərindən biridir. Səfərin sonunda Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti rayonda yaradılmış müasir turizm obyektlərindən "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, "Fitnes" istirahət-sağlamlıq mərkəzi, ilə də tanış olmuşlar. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri nümayəndə heyətində zəngin təəssürat yaratmışdır.

Keçidlər