Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

«Qoy ən güclü qalib gəlsin»

31 may 2013 | 15:00

15 yaşadək futbolçuların mübarizə apardığı II “Qəbələ Kuboku”nun açılış mərasimi keçirilib. Öncə bütün komandalar stadiona toplaşan tamaşaçılara bir-bir təqdim olunub.  Mərasim "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovun açılış nitqi ilə davam edib.O, iştirakçıları salamlayıb: “Turnirdə iştirak edən gənc futbolçular, sizləri ürəkdən salamlayıram. Sevindirici haldır ki, “Qəbələ Kuboku” artıq ənənəvi hal alıb və bu il 2-ci turniri keçiririk. Bu gün aramızda 2 əfsanəvi futbolçu – Toni Adamsla Roy Makay yer alıb. Mən onları da salamlayıram. Onlar bir vaxtlar sizin bu gün keçdiyiniz yolu keçmişdilər və futbol aləmində böyük ad qazanmışdılar. Mənim ən böyük arzum odur ki, sizlər də nə vaxtsa belə böyük adlara sahib olasınız”.“Qəbələ”nin prezidenti Azərbaycan dövlətinin idmana göstərdiyi yüksək qayğıdan da danışıb: “Dövlətimizin idmana, o cümlədən futbola göstərdiyi diqqət göz qabağındadır. Bunun nəticəsidir ki, ilk Yay Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Ölkəmiz 2020-ci il Avropa çempionatını keçirməyə namizədliyini irəli sürüb. Siz gənclər bəlkə də nə vaxtsa Avropa Liqası oyunlarında, çempionatlarında üzləşəcək və bəlkə də bu, Qəbələdə baş verəcək. Fürsətdən istifadə edib, sonda bütün qonaqlara dəvətimizi qəbul edib, Qəbələyə gəldiklərinə görə minnətdaram və hər birimizə bol uğurlar arzulayıram. Qoy ən güclü qalib gəlsin”.

Keçidlər