Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

II Qəbələ KUBOKU - Çempion Portu!!!

02 iyun 2013 | 15:00

II Qəbələ Kubokuna son oyun günündə keçirilən 4 matçla yekun vurulub. Günün ilk qarşılaşmalarında 5-8-ci yerləri tutan komandalar müəyyənləşib. «Qəbələ» 7-ci yer uğrunda oyunda «Zenit»lə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunu penalti seriyasında «Qəbələ» qazanıb – 4:2. «Beşiktaş» isə 5-ci yer uğrunda qarşılaşmada «Bakı»nı yenib – 3:1.
Günün ikinci yarısında isə mükafatçı komandaların adlarına aydınlıq gəlib.
3-cü yer uğrunda oyunda «Barselona» və «Şaxtyor» qarşılaşıb. Kataloniya təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, üçüncü yerin sahibi olub.
Və turnirin son – final oyununda «Portu» və «Feyenoord» qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesab ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 4:2 hesablı qələbə qazanan Portuqaliya klubu II Qəbələ Kubokunun qalibi olub.
Xatırladaq ki, ötən il keçirilən I Qəbələ Kubokunu «Qalatasaray» qazanmışdı.

VII yer uğrunda matç

10:00 "Qəbələ" - "Zenit" 1:1 (p. 4:2)

V yer uğrunda oyun

10:00 "Bakı" - "Beşiktaş" 1:3

III Yer uğrunda oyun

15:00 "Barselona" -"Şaxtyor" 2:0

Final

18:30 "Portu" - "Feyenoord" 2:2 p. 4:2

Keçidlər