Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənc xilasedici və yanğınsöndürən”yarışının zona mərhələsi keçirilmişdir.

05 iyun 2013 | 15:00

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 04 aprel 2013-cü il  tarixli 044 nömrəli əmrinə əsasən 04 iyun 2013-cü il tarixdə  FHN-nin Şimal-qərb Regional Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş   “Gənc xilasedici və yanğınsöndürən” yarışının Şimal-qərb zonası üzrə final mərhələsi kecirilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Respublika Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən  yarışın  məqsədi   şagırdlərdə,  gənclərdə  hərbi vətənpərvərlik tərbiyəsinin və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasıdır.
Yarışda Şimal-qərb Regional Mərkəzinin dislokasiya zonasına daxil olan  10 rayonun (Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) məktəblər arası-rayon turunda qalib olmuş komandaları iştirak etdi.
İlk öncə qonaqlar və komandaların kapitanları tərəfindən Şimal-qərb Regional Mərkəzinin həyətində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyuldu.  Daha sonra Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona mərhələsi açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının dövlət himni sədaları altında  Dövlət və Fövqəladə Hallar Nazirliyinin bayraqları qaldırıldı.
Komandaların kapitanları hazırlıqları haqqında məruzəsi dinlənildikdən sonra təbrik üçün söz Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin rəisi, mayor Sadiq Bəkirliyə, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının I müavini Abil Ağasəfova və  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi  idarəsinin  rəisi, polkovnik-leytenant Məhbubə Mustafayevaya verildi. Natiqlər öz çıxışlarında komandaları salamladılar və yarışda onlara uğurlar, sağlam mübarizə arzuladılar.
Komandalar marş sədaları altında tribunanın qarşısından keçdikdən sonra yarış haqqında Əsasnaməyə uyğun olaraq “Konbinəedilmiş yanğın estafeti”, “Maneələr zolağı”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” müsabiqələri üzrə yarışa start verildi.
Gərgin və maraqlı keçən yarışın sonunda hesablanan xallara görə İsmayıllı rayon komandasi I yerə, Qəbələ rayon komandası II yerə, Şamaxı rayon komandası isə III yerə laiq görüldü. Yarışın keçirilməsi haqqında Əsanaməyə uyğun olaraq I və II yerləri qazanmış komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışının Respublika finalında iştirak etmək hüququ qazandılar.
Qalib komandalar Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi və Qəbələ rayon Gənclər və idman idarəsi tərəfindən kubok və diplomlarla təltif olundu.

Keçidlər