Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“15 iyun Milli Qurtuluş Günü”  münasibəti ilə tədbir  keçirilib

14 iyun 2022 | 09:35

13.06.2022-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə  tədbir keçirilib. Şəhər  1 və 2 saylı tam orta məktəblərinin  şagirdlərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi  ilə başlayıb. Tədbirdə  1993-cü il 15 iyun tarixinin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən danışılıb. Daha sonra mərkəzinin qeydiyyatında  olan uşaqların iştirakı ilə  vətənpərvərlik  mövzusunda şeirlər və  mahnılar səsləndirilib. Sonda Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər