Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüş.

08 iyun 2013 | 15:00

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşurutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları 7-9 iyun tarixlərdə Qəbələ rayonunda səfərdə olmuşlar.“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, II Dünya müharibəsi veteranlarının videoarxivinin yaradılması, Rusiya Federasiyasının və MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə yanaşı, gənclərin sosial ictimai fəaliyyətə cəlb edilməsi, II Dünya Müharibəsi tarixinə və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.Beynəlxalq avtoyürüş iştirakçılarını rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov qarşılamış, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Ana abidəsi” kompleksi ziyarət olunmuş və abidə önünə tər güllər qoyulmuşdur. Daha sonra iştirakçılarla Qəbələ rayon İcra Hakimiyyətinin akt zalında görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova iştirak etmiş, qonaqları salamlayaraq Qəbələ rayonunun mədəniyyəti, tarixi, adət-ənənələri, turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Görüşdə həmçinin Böyük Vətən müharibəsi veteranları, ağsaqqalar və fəal gənclər iştirak etmişdir. Veteranların 1941-1945-ci illər müharibəsini əhatə edən söhbətləri, xatirələri və gənc nəslə tövsiyyələri maraqla dinlənilmişdir. Layihənin iştirakçıları yerli gənclərə Qəbələdə yaşayan Böyük Vətən müharibəsi veteranları ilə söhbətlər aparmağı, onların xatirələrini videomaterial şəkilində arxivləşdirməyi tövsiyə ediblər. Bu işi həyata keçirmək üçün Qəbələdən olan 5 gəncə videokamera hədiyyə edilib. Görüşün sonunda xatirə fotoşəkilləri çəkilmiş, veteranlardan müsahibələr götürülmüşdür.Səfər çərçivəsində avtoyürüş iştirakçıları Qəbələ rayonu ilə tanışlıq məqsədilə “Beltmann” piano fabrikində, “Qəbələnd” əyləncə və istirahət mərkəzində, Atıcılıq Kompleksində, Tarix diyarşünaslıq muzeyində, Nic qəsəbəsində alban məbədində olmuşlar. İyunun 9-da beynəlxalq avtoyürüş Qəbələ rayonundan Bakıya yola düşmüşdür.

Keçidlər