Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İCOC (Şərq Xalçaları üzrə Konfrans) Akademik Komitəsinin nümayəndə heyəti Qəbələdə

20 iyun 2013 | 15:00

ABŞ-ın Şərq Xalçası Cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin həyat yoldaşı xanım Beverli Şilts, həmçinin ABŞ, Almaniya və İtaliyanı təmsil edən 15 nəfərlik nümayəndə heyəti – İtalyadan İCOC (Şərq Xalçaları üzrə Konfrans) Akademik Komitəsinin sədri Alberto Boralevi, İCOC-un üzvləri Stefano İonesko və Mişel Buddeberq, “CARPET XL” jurnalının redaktoru Tim Steynert, o cümlədən xalça kolleksiyaçıları Cüzeppe Morcsçini və Koos de Conq Azərbaycana səfərləri çərçivəsində Qəbələ rayonuna gəlmişlər.
Qonaqlar Vəndam qəsəbəsindəki xalçaçılıq müəssisəsində yerli xalça ustalarının hazırladıqları ən gözəl tətbiqi sənət nümunələri ilə tanış olmuş, onların texnoloji peşəkarlıqları ilə maraqlanmışlar.
Daha sonra nümayəndə heyəti “ASPİ AQRO” MMC-nin Qaradeyin kəndindəki şərab zavoduna gəlmiş, ən müasir texnologiyaya malik bu sənaye obyektində rəqabət qabiliyyətli şərab məmulatlarının istehsalını seyr etmişlər.
Günün ikinci yarısında qonaqlar Şəki şəhərinə yola salınmışlar.

Keçidlər