Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ombudsmanlar Qəbələdə

21 iyun 2013 | 15:00

Ombudsmanların XI Bakı Beynəlxalq Konfrasının iştirakçıları tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər. Dünyanın 10-dan artıq ölkəsinin ombudsmanları və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, beynəlxalq təşkilatların təmsilçilərinə  rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında ətraflı məlumat verilmişdir. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləmiş, burada hazırlanan məhsulların sərgisinə baxış keçirmişdir. Qonaqlara məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür. Daha sonra qonaqlar Qəbələ konserv zavodunda istehsal prosesi ilə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Rayonla tanışlıq zamanı qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.
Qonaqlar Qəbələyə səfərin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşlar. İstirahət məkanları ilə yaxından tanış olan qonaqlara burada dincəlmək istəyən insanların şən və mənalı istirahəti üçün yüksək səviyyədə şərait yaradıldığı barədə məlumat verilmişdir. 
Rayonla tanışlıqdan zövq alan nümayəndə heyəti Qəbələ rayonunun gözəl bir məkan olduğunu bildirmişlər.

Keçidlər