Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

" Kənd rayonlarında qadınların seçki fəallığının artırılması və seçki hüququnun təbliği" mövzusunda tədbir keçirilmişdir.

25 iyun 2013 | 15:00

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində,  Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin,  QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kənd rayonlarında qadınların seçki fəallığının artırılması və seçki hüququnun təbliği” layihəsi çərçivəsində təlim təşkil olunmuşdur. Qeyd etmək lazımdır ki, 3 ay müddətində həyata keçirilən layihə çərçivəsində İsmayıllı və Qəbələ rayonlarından olan qadınlar arasında seçki maarıfləndirilməsi işi aparılmış, qadınların seçki hüququnun tam təmin edilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində monitorinq qrupu yaradılmışdır.  Monitorinq qrupu 3 ay müddətində layihə həyata keçiriləcəyi regionların Dairə Seçki Komissiyalarında qadınların əvvəlki seçkilərdə iştirakı ilə bağlı monitorinq aparmış, ayrı-ayrı bölgələr və ayrı-ayrı seçkilər (prezident, parlament, bələdiyyə) üzrə faizlər müəyyənləşdirmişdir.
Monitorinqin metodologiyasına görə, bütün informasiya və məlumatlar bir mənbədən toplanmayacaq. Bunun üçün həm qadınların özləri, həm bələdiyyələr, həm də digər əlaqədar qurumlar mexanizmə daxil ediləcək”. Qeyd olunmuşdur ki,   “Facebook” sosial şəbəkəsində “Qadın Seçici Klubu” qrupu yaradılmışdır. Qrup layihə boyu fəaliyyət göstərəcək. Qrupun admini və təşkilat tərəfindən layihə çərçivəsində qadınların seçki hüququ, seçkidə iştirakın zəruriliyi ilə bağlı müxtəlif mövzularda təbliğat aparılacaq,  ictimai müzakirələr təşkil ediləcəkdir.
Qrupda eləcə də layihə çərçivəsində keçirilən tədbirlər geniş işıqlandırılacaq və daha çox regionun əhatə olunmasına, qadınlar arasında seçki həmrəyliyi yaradılmasına, qadınların seçkilərdə fəal iştirakına zəmin yaradacaqdır.

Keçidlər