Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

V Beynəlxalq Uşaq Muğam Festivalına seçim turu

26 iyun 2013 | 15:00

Son zamanlar ölkəmizdə qədim irsimizin öyrənilməsi və təbliği ilə bağlı yüksək səviyyədə işlərin aparılmasına diqqət güclənmişdir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə görkəmli muğam ustalarımızın antalogiyasının işıq üzü görməsi, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə respublika Muğam Mərkəzinin yaradılması deməyə əsas verir ki, bu işlərin regionlarda aparılması da məqsədə uyğundur.Bu məqsədlə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə V Beynəlxalq Uşaq Muğam Festivalının Bakı şəhərində keçiriləcək Final Mərhələsinə vəsiqə qazanmaq üçün 25 iyun 2013-cü il tarixdə Qəbələ  Mədəniyyət Mərkəzində Şirvan bölgəsi üzrə (Qəbələ mərkəz-Şamaxı, İsmayıllı, Göyçay, Ağsu) seçmə turu keçirilmişdir. Seçmə turda yaşı 16-dək olan xalq mahnılarımızı və muğamlarımızı ifa etməyi bacaran uşaqlar iştirak etmişlər.Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, QHT təlim və resurs mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək  layihənin məqsədinin gənc istedadların üzə çıxarılması, milli-mənəvi sərvətimiz olan muğamın inkişaf etdirilməsindən ibarət olduğunu bildirdilər. Daha sonra “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə çıxış edərək respublika əhəmiyyətli bu layihənin formatı və məqsədi barədə danışaraq seçmə turun keçirilməsində lazımı köməkliyə görə rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə minnətdarlığını ifadə etmişdir.Maraqlı və alqışlarla keçən turun sonunda münsiflər heyətinin sədri Respublikanın Xalq Artisti Ağasəlim Abdullayev nəticəni elan etdi. Göyçay rayonundan Səmədova Lalə seçim turunun qalibi olaraq oktyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandı.Tədbirin sonunda seçim turunun qalibinə və iştirakçılara xatirə hədiyyələri təqdim olundu.

Keçidlər