Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Polis işçilərinin peşə bayramı qeyd olunub.

03 iyul 2013 | 09:20

Polis günü münasibətilə Qəbələ rayonunda tədbir keçirilib. İlk öncə polis əməkdaşları şəhərin mərkəzi meydanındakı ulu öndər Heydər Əliyevin adını daşıyan  parka gələrək ümummilli liderin abidəsini ziyarət ediblər. Daha sonra polis şöbəsinin əməkdaşları Heydər Əliyev Mərkəzinə baxış keçirmişlər.  Burada əməkdaşlara dahi şəxsiyyətin həyat fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Sonda tədbir rayon polis şöbəsində davam etdirilib. Yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı digər rəsmi şəxslər, veteran polislər iştirak ediblər.Toplantıda çıxış edən Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı Ehtibar Abduyev Azərbaycan polisinin peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib. Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salınıb. Azərbaycan polisinə ulu öndər Heydər Əliyyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərfindən layiqincə qiymətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb. Sonda Rayon Polis Şöbəsi tərəfindən xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər