Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Həqiqi hərbi xidmətə çağırılmış gənclərin təntənəli yolasalınma mərasimi keçirilmişdir.

21 iyul 2013 | 09:30

Qəbələ şəhərinin mərkəzində Heydər Əliyev parkında həqiqi hərbi xidmətə çağırılmış gənclərin rayonun idarə, hüquq – mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərlərinin, ağsaqqlar və valideyinlərin iştirakı ilə təntənəli yolasalınma mərasimi keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq  dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdulayev tədbir iştirakçılarını, salamlayaraq diqqətə çatdırmışdır ki, bu gün bizim gənclərimizin həyatında ən əlamətdar günlərdən biridir. Çünki, onlar vətən qarşısında öz borclarını yerinə yetirmək üçün hərbi xidmətə yola düşürlər. Qeyd olunmuşdur ki,  uzun yüzilliklər boyu azərbaycan xalqı özünün müstəqilliyi, azadlığı uğrunda mübarizə aparmışdır. Ancaq hər dəfə daxili və xarici düşmənlərin təxribatı, xəyanəti nəticəsində bu istəyə nail ola bilməmişdir. Yalnız 22 il bundan əvvəl o müqəddəs arzu böyük itgilər və qurbanlar nəticəsində həyata keçmişdir. Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Bugünki nəsil xoşbəxtdir ki, hər birimizin azadlığın əldə edilməsində rolumuz və iştirakımız vardır. Müstəqillik əldə edilmişdir. İndi onu qoruyub saxlamaq lazımdır. Bu müqəddəs vəzifəni yerinə yetirmək isə Siz gənclərin üzərinə düşmüşdür. Bildirilmişdir ki, vaxtilə gənclərin hərbi xidmətə yola salınması müəyyən çətinliklərlə üzləşirdi. O vaxt olkəmizdə siyası vəziyyət başqa idi. Hər gün cəbhə bölgələrindən ağır xəbərlər gəlirdi. Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Ölkədə bir ruh düşgünlüyü, sabaha ümidsizlik hökm sürürdü. Vətənimiz parçalanıb məhv olmaq təhlükəsi qarşısında idi. Yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı ilə bu təhlükə aradan qaldırıldı, atəşkəsə nail olundu.  Qeyd olunmuşdur ki, ölkəmiz qısa müddət ərzində iqtisadi yüksəlişə və hərbi qüdrətə sahib oldu. Günü-gündən tərəqqi və inkişaf edən, yeniləşən Azərbaycanımız indi dünyanın diqqət mərkəzindədir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Ulu öndərimizin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri planları uğurla həyata keçirir və xalqımızın tarixinə bir-birindən parlaq səhifələr yazır.Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və müstəsna xidmətləri nəticəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Bu gün Azərbaycanda ordu quruculuğuna və silahlı qüvvələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, əsgər və zabitlərin intellektual səviyyəsinin, hərbi biliklərinin, eləcə də peşəkarlığının müasirləşdirilməsinə böyük diqqət yetirilir. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsi nəticəsində möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmışdır. Fəxrlə, qürur hissi ilə deyə bilərik ki, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycanın Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır. Bu gün dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərc bədxah qonşu Ermənistanın dövlət büdcəsindən çoxdur.Ölkəmizin ordu quruculuğu sahəsində qazandığı böyük uğurlar hamımızda böyük fərəh hissi oyadır. Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə hazırda Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilmişdir. Müasir maddi-texniki bazaya malik Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. İndi Azərbaycanın möhkəm və məğlubedilməz ordusu, güclü hərb sənayesi  vardır.  Günbəgün güclənən Azərbaycan  Milli ordusu düşmənə layiqli cavab vermək, işğal altında  olan torpaqlarımızı azad etmək iqtidarındadır.Dövlətin hərbi sahəyə göstərdiyi qayğının təzahürüdür ki, gənclərimiz bu gün ordu sıralarına həvəslə yollanırlar. Onların əsgəri xidmətdən qayıdışı da toy-bayrama çevrilir.  Çıxışın sonunda RİH başçısı çağırışçılara Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzulamışdır. Tədbirdə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Qəbələ şöbəsinin rəisi  mayor Hüseyn Quliyev çıxış edərək, hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzuladı. Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev, valideyinlər övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söylədilər və onlara vətənin layiqli əsgəri olmağı tövsiyyə etdilər. Rayonun incəsənət ustalarının ifasında musiqili proqramla davam edən tədbirdə ad günü tamam olan  çağırışçı gənclərə hədiyyələr təqdim olundu. Daha sonra hərbi xidmətə çağırılmış gənclər  Azərbaycan bayrağı  və müqəddəs Quranın altından keçdilər . Hərbi xidmətə yola düşən gənc çağırışçılar vətənə laiqli bir övlad kimi xidmət edəcəklərini bildirdilər.

Keçidlər