Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tanınmış türkiyəli pianoçunun İdil Biretin çıxışı hərarətlə qarşılanmışdır..

31 iyul 2013 | 09:40

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli türk pianoçusu İdil Biret çıxış etmişdir.
Pianoçunu məşhur fransalı musiqiçi Jean Bernard Pommierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.
Orkestrin müşayiəti ilə görkəmli alman bəstəkarı Robert Şumanın əsərlərini təqdim edən xanım İdil Biret gözəl çıxışı ilə dinləyicilərin qəlbinə yol tapmışdır.
Paris Konservatoriyasında təhsil almış İdil Biret 16 yaşından Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsert proqramı ilə çıxış etmişdir.
İdil Biret dünya vətəndaşıdır. O, yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıtmışdır. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan İdil Biret əsasən caz-pop üslubunda ifa edən pianoçu kimi tanınır.
Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan İdil Biret instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Azad ruhu və yaradıcılıq dühası ona tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla eyni səhnədə çıxış etmək imkanı yaratmışdır.
Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülən İdil Biret klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal ritmlərinin ahəngi və təsiri ilə dolu olan coşqun, emosional və ekzotik melodiyaların çox maraqlı kolleksiyasını tamaşaçılara təqdim edə bilmişdir.
Türkiyəli xanım pianoçu Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlamış, orijinal bəstəkar, özünəməxsus ifaçı kimi uğur qazanmışdır.

Keçidlər