Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclər və idman naziri Azad Rəhimov vətəndaşları qəbul etmişdir

07 avqust 2013 | 09:00

Ölkə başçısı cənab  İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər. Növbəti belə qəbul Qəbələ şəhərində, Qəbələ Mədəniyyət Mərkəzində keçirilmişdir. Gənclər və idman naziri  cənab Azad Rəhimov qəbul zamanı Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilmişdir. Müraciət edən vədəndaşlardan ən çoxu güzəştli ipoteka krediti almaq və idman sahəsində fəxri ad almaq üçün üçün kömək istəmişdir. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət etmişlər. Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri elə yerindəcə həllini tapmışdır. Nazir Azad Rəhimov digər məsələlərin nazirlikdə araşdırılaraq vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar vermişdir. Aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır. Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak etmişlər. Qəbulda 50-ə yaxın vətəndaş iştirak etmişdir. Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.
Qəbuldan sonra gənclər və idman naziri Azad Rəhimov Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar vermişdir

Keçidlər