Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün kurslar təşkil edilib

07 avqust 2013 | 09:20

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar ölkənin bütün regionlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. Qəbələ rayonunda keçirilən kurslarda 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Əsədov çıxış edərək 3 gün davam edəcək kurslarda dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin iştirak etdiyini bildirib. O, “Seçici siyahıları ilə iş qaydası” mövzusunda məruzə edib.Seçki hüquqları üzrə ixtisaslaşdırılmış kursların ilk günündə rayon icra hakimiyyətinin baş məsləhətçisi Zahid Əfəndiyev “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin sədri Tofiq Məmmədov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri” mövzusunda çıxış ediblər. Kursda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərindən danışılıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilib. Kursda müdavimləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər