Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda iftar süfrəsi təşkil edilmişdir

07 avqust 2013 | 09:25

Qəbələ rayonunun müxtəlif yaşayış məntəqələrində xeyriyyəçilər, imkanlı şəxslər və sadə vətəndaşlar tərəfindən oruc tutan insanlar üçün iftar süfrəsinin təşkil edilməsi adət halını almışdır. Rayon icra hakimiyyətinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun təşəbbüsü və dəstəyi ilə Qəbələ rayonunda  iftar süfrəsi təşkil edilmişdir. Ümumilikdə 200 nəfərin iştirak etdiyi bu xeyriyyə tədbiri rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır.İftar mərasimində dindarlarla yanaşı, imkansız şəxslər, qocalar, şəhid ailələrinin üzvləri, veteranlar, Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlər, kimsəsizlər də iştirak etmişlər. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov müsəlman aləminin müqəddəs bayramı olan Ramazan bayramı münasibəti ilə hər kəsi təbrik etmiş və bildirmişdir ki, Ulu Yaradan bu müqəddəs ayda hər kəsin diləklərini qəbul etsin, ölkəmiz, dövlətimiz, xalqımız üçün xeyirli niyyətlərin hasil ili olsun. Rayon rəhbəri qeyd etdi ki, Ramazan ayında müsəlmanlar həmrəyliyi möhkəmlədir, mənəvi dünyalarını daha da zənginləşdirirlər. Azərbaycan xalqı da, o cümlədən qəbələlilər  də bütün dövrlərdə Ramazan ayının mənəvi üstünlüklərini yaşadaraq, həmişə yüksək dəyərlərə sədaqət göstəriblər.İnsanların mənəvi tərbiyəsi sahəsində Ramazan ayının mühüm rolu olmuşdur. Qeyd olunmuşdur ki,  Orucluq bayramı xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapır.
Məclisdə şəhidlərimizin ruhuna dualar oxunmuş, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilmişdir. Oruc tutmağın insanlar üçün faydasından danışılmış və qeyd edilmişdir ki, müqəddəs Ramazan ayında yoxsulları, kimsəsizləri sevindirmək, onlar üçün iftar süfrəsi təşkil etmək savablı işdir.

Keçidlər