Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur

16 avqust 2013 | 09:10

İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur
Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur.Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulandı. Bu tədbirin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olundu.Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi.Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparıldı.

Keçidlər