Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov vətəndaşları qəbul etmişdir

12 sentyabr 2013 | 09:00

Ölkə başçısı cənab  İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif problemlərinin həllinə kömək edirlər.  Növbəti belə qəbul Qəbələ şəhərində keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Qəbələ Mədəniyyət Mərkəzində keçirdiyi qəbul zamanı Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarından olan vətəndaşların şikayət və təkliflərini dinləmişdir.Qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilmişdir. Görüşdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak etmişdir. Qəbulda 50-ə yaxın vətəndaş iştirak etmişdir. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı şikayət və təkliflər dinlənilmiş, vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapmış, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.Sonda vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

Keçidlər