Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonu ilə Ukraynanın Rovno vilayəti ilə arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır

12 sentyabr 2013 | 09:20

Ukrayna Respublikasının Rovno vilayətinin nümayəndə heyətinin üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər. Səfərin ilk günü qonaqlar rayonun bir sıra istehsal müəssisələrinin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanmışlar. Qəbələ konserv və limonad zavodlarının, "Beltmann" piano fabrikinin, Qəbələ heyvandarlıq-südçülük kompleksinin, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinin, Qəbələ Üzüm Emalı Zavodunun fəaliyyəti, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi, rayon tarix-diyarşünaslıq muzeyi, Qəbələ Konqress Mərkəzi, yeni istifadəyə verilmiş “Karvansaray” oteli, eləcə də beşulduzlu “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət və əyləncə mərkəzi ilə yaxından tanış olmuşlar. Sentyabrın 11-də isə Qəbələ Mədəniyyət Mərkəzində Rovno vilayətini və Qəbələ rayonunu təmsil edən 70-ə yaxın iş adamının birgə iştirakı ilə görüş keçirilmişdir. Görüş iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Görüşdə Rovno Vilayət Dövlət Administrasiyasının sədri Vasili Bertaş, Vilayət Xalq Deputatları Sovetinin sədri Yuri Blaqodır, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətin 6 rayon administrasiyasının rəhbəri, Rovno Ticarət-Sənaye Palatasının prezidenti Nikolay Yaroşşuk, habelə müxtəlif profilli müəssisə, şirkət və firmaların 33 nümayəndəsi, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iştirak etmişdir. Məlumat verilmişdir ki, Rovno vilayətini təmsil edən nümayəndə heyətinin Qəbələyə səfəri 2011-ci il aprelin 28-də Ukrayna və Azərbaycan prezidentləri tərəfindən imzalanmış 2011-2015-ci illər üçün iki ölkə arasında hərtərəfli əməkdaşlığa dair Tədbirlər Planının müvafiq müddəalarının icrası, xüsusən də siyasi sahədə Ukrayna ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın iqtisadi və mədəni sahələrdə konkret məzmunla dolğunlaşdırılması kontekstində tərəflər arasında razılaşmaya əsasən təşkil etilmişdir. Səfər zamanı Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası ilə Qəbələ rayon İcra Hakimiyyəti arasında regionlararası əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sonra Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Vasili Bertaş bir-birlərinə xatirə hədiyyəsi təqdim etmişdir. Tədbirdə “Rovno vilayəti Ukraynanın kəhrəba paytaxtıdır” devizi altında vilayətin iqtisadi və investisiya potensialının təqdimatı olmuşdur. Təqdimatdan əsas məqsəd hər iki ölkənin xalqlarının rifahı naminə ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün Qəbələ rayonunun rəhbərliyini, Azərbaycanın işgüzar dairələri və ictimaiyyət nümayəndələrini Ukraynanın Rovno vilayətinin potensialı ilə hərtərəfli tanış etməkdir. Görüşdə qonaqlar Qəbələnin güclü turizm potensialının olduğunu, rayon iqtisadiyyatının sürətlə inkişaf etdiyini və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük uğurların əldə edildiyini bildirmişlər. Nümayəndə heyəti Azərbaycanın sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmişlər. Qonaqlar Qəbələ rayonundan xoş təəsüratlarla ayrılmışlar.

Keçidlər