Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon seçim mərhələsi keçirilmişdir.

29 sentyabr 2013 | 15:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 sentyabr 2013-cü il tarixdə Qəbələ rayon Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin akt zalında  “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında III Azərbaycan Çempionatının Qəbələ rayon mərhələsi keçirilmişdir.Rayon mərhələsinin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək iştirakçıları salamlayaraq ölkə başçısı cənab İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan  danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.Natiq qeyd etmişdir ki, “Xəmsə” Milli İntellektual oyununun keçirilməsində əsas məqsədin yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.Rayon mərhələsində 14-17 yaş arasında 120-dək yeniyetmə komanda şəklində öz bilik və bacarıqlarını sınamışlar. Yarışın yekununda “İsra” kurslarının komandası I yer, Vəndam qəsəbə 3 saylı tam orta məktəbin komandası II yer və Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası III yerə çıxmışdır. Hər üç komanda Zaqatala rayonunda keçiriləcək zona mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər