Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Qəbələ rayonuna səfər etmişlər

03 noyabr 2013 | 10:10

Qəbələ Beynəlxalq Hava Limanında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən qarşılanan forumun iştirakçılarına  rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, son zamanlar rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdir ki, Qəbələ rayonu irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Rayonda sənaye müəssisələri ilə yanaşı turizm sektorunun inkişafı istiqamətində də mühüm işlər görülür.Qəbələ rayonu ilə yaxından maraqlanan qonaqlar ilk öncə “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə də tanış olmuşlar. Orada forum iştirakçılarına məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir. Səfər çərçivəsində qonaqlar rayon tarix-diyarşünaslıq muzeyinə də baxış keçirmişlər. Qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap məhsulları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası vardır.Sonra forum iştirakçıları Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin xarabalıqları ilə tanış edilmişlər. Qonaqlar indiki Çuxur Qəbələ kəndi ərazisində arxeoloji ekspedisiya tərəfindən aşkar edilmiş qədim Qəbələ şəhərinin müdafiə istehkamları, şəhərin su təchizatı, məişət və təsərrüfat tikililəri, müxtəlif maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar.Sonra qonaqlar “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri  ilə tanış olmuşlar. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri forum iştirakçılarında zəngin təəssürat yaratmışdır.Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü söyləmiş, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmiş və Qəbələyə səfərlərindən məmnunluqlarını ifadə etmişlər.

Keçidlər