Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

22 noyabr 2013 | 10:10

Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayan tədbir daha sonra rayon icra hakimiyyətinin akt zalında davam etdirilmişdir.Tədbirdə idarə heyətinin, şuranın üzvləri, ilk təşkilatların sədrləri, partiya fəalları və veteranları, habelə ictimaiyyətin nümayəndələri iştirak etmişlər.Yığıncaqda Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov partiyanın 21 ildə keçdiyi və əldə olunan uğurlar barədə hesabat xarakterli məruzə etmişdir. Partiyanın sədri çıxışında ötən illər ərzində görülmüş işləri təhlil edərək, qazanılan uğurların başında  ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin böyük uzaqgörənliklə  deyildiyini diqqətə çatdırdı. O qeyd etdi ki, bu müddət ərzində partiyanın  sıraları kəmiyyət və keyfiyyət baxımından xeyli möhkəmlənmiş, xalqın məhəbbətini və dəstəyini qazanmışdır. Natiq vurğuladı ki, bütün bunların nəticəsində bu ilin oktyabr ayının 9-da keçirilən Prezident seçkilərində partiyamızın sədri cənab İlham Əliyev əksəriyyətin səs çoxluğu ilə yenidən ölkə başçısı seçilmiş və onun tərəfindən həyata keçirilən uğurlu siyasətin gələcəyin qarantı olduğuna xalqda əminlik yaranmışdır.Abil Ağasəfov çıxışında Yeni Azərbaycan Partiyasının  yarandığı gündən  xalqla birgə addımlamasının təzahürü kimi bu gün rayon təşkilatında olan 5577 nəfər siyasi həmfikirlərinin 3402 nəfərinin kişi, 2175 nəfərinin qadın, onlardan 1952 nəfərinin isə gənclərdən ibarət olduğunu qeyd etdi.Sonda  partiyanın rayon təşkilatının sədri bütün partiya üzvlərinə müvəffəqiyyətlər və uğurlar arzulayaraq Yeni Azərbaycan Partiyasının bundan sonra da yeni-yeni nailiyyətlərə imza atacağını diqqətə çatdırdı.

Keçidlər