Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Əlilliyi olan şəxslər üçün biznesin yaradıması” başlığı altında təlim keçirilmişdir.

29 noyabr 2013 | 16:00

“Sosial İqtisadi İnkişafa Dəstək” ictimai birliyi, “World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin dəstəyi ilə 10 rayonda “Əlilliyi Olan Şəxslərin Həyatında Müsbət Dəyişikliklər” layihəsinin həyata keçirilməsinə başlamışdır. Qeyd olunan layihə istiqamətində ilk olaraq 28 noyabr 2013-cü il tarixdə,  Qəbələ rayonunda “Əlilliyi Olan  Şəxslər Üçün Biznesin Yaradılması” təlimi keçirilmişdir. “Biznesin Qurulması Xidməti Təlimində” Qəbələ rayonundan 25 əlilliyi olan gənc iştirak etmişdir. Tədris olunan təlimdə iştirakçılara  fərdi sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, biznes planlarının hazırlanması, sahibkarlıq fəaliyyəti və  xidmətin təşkili haqqında ilkin məlumatlar çatdırılmışdır. Eyni zamanda təlimdə əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi və peşə hüquqları ilə bağlı bilgilər verilmişdir. Digər tərəfdən planlaşdırma, nəzarət, iqtisadi təhlil, keyfiyyətə nəzarət və müştəri məmnunluğu mövzularına daha çox diqqət yetirilmişdir. Təlimdə interaktiv tapşırıqlar, müzakirələr və biznes planın hazırlanması kimi metodlardan istifadə edilmişdir.
Təlimdə iştirak edən əlilliyi olan gənclər, layihənin davamlılığı prosesində, ixtisaslaşdığı peşə istiqamətində   təşkilat tərəfindən biznes təlimlərə cəlb olunduqdan sonra,  mikro qrant layihələri ilə öz fərdi biznesinin qurulması istiqamətində onlara dəstək göstəriləcəkdir. Layihənin açılışında, Azərbaycanda səfərdə olan  “World Vision International” humanitar təşkilatının baş ofisinin məsul nümayəndəsi cənab Ross Pipper,  həmən təşkilatın Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru cənab Giorgi Devidze, layihə rəhbəri Vuqar Əhmədov, Qəbələ RİH-nin nümayəndəsi Tural Bağırov qonaq qismində iştirak etmişlər.  Təlimi giriş sözü ilə açan “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Qalib Nəbiyev qonaqları salamlayaraq, layihə haqqında geniş məlumat vermişdir. O qeyd etmişdir ki, layihənin məqsədi regionlarda əlilliyi olan gənclərin fərdi sahibkarlıq və biznes bacarıqlarını inkişaf etdirilməsi, peşəkar təlimlər vasitəsi ilə onların biznes planlarının hazırlanması və həyata keçirilməsinə kömək göstərməkdir. Təlimlərin nəticəsi olaraq, əlilliyi olan gənclər tərəfindən hazırlanan biznes planlar qiymətləndiriləcək və sonrakı mərhələdə onların həyata keçirilməsinə dəstək göstəriləcəkdir.  Daha sonra çıxış edən qonaqlar təlimin təşkilatçılarına öz təşəkkürlərini bildirmiş və bu təlimlərin əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi baxımından önəmli olduğunu qeyd etmişlər. 

Keçidlər