Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilmişdir.

13 dekabr 2013 | 16:00

Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilmişdir. Çox böyük izdihamla tədbirə qatılan rayon icra hakimiyyəti XX əsrin ən görkəmli siyasi xadimlərindən biri olmuş ulu öndərin abidəsi önünə  gül dəstələri qoymuşlar.
Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev abidəyə əklil qoymuş və dahi şəxsiyyətin əziz xatirəsini yad etmişdir. Sonra icra hakimiyyəti aparatının işçiləri, idarə, müəssisə, təşkilatların, ictimai birliklərin, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının kollektivləri dəstə-dəstə Heydər Əliyevin abidəsi önünə gələrək tər tərənfillər və gül-çiçəklər düzərək böyük liderin xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Heydər Əliyev Mərkəzinə ziyarətlə davam etmişdir. Burada ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən ekspozisiya, rəhbərin kitabları, onun əşyaları ilə tanışlıq tədbirə qatılanlarda bir daha xüsusi maraq doğurmuşdur.
Anım günündə Heydər Əliyevin abidəsini ziyarətə gələn minlərlə qəbələlilər nəinki anım günlərində, habelə bütün tarixi və əlamətdar günlərdə də ulu öndərin abidəsini müqəddəs bir ziyarətgaha çevirmişlər.
Tədbir axşam saatlarında “Qafqaz Sport Hotel” kompleksində ictimaiyyət üçün təşkil olunmuş ehsan süfrəsi ilə yekunlaşmışdır. Burada rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan xalqının, bütün türk dünyasının böyük oğlu, görkəmli siyasi xadim, müstəqil  Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin doğma xalqı, vətəni qarşısında misilsiz xidmətləri, həyatı və fəaliyyəti barədə çıxış edərək ətraflı məlumat vermişdir.
Sonda ulu öndərin ruhuna qurani kərim oxunmuş, dualar edilmiş, onun işıqlı xatirasi bir daha yad olunmuşdur.

Keçidlər