Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“O olmasın bu olsun” musiqili komediyası nümayiş olunmuşdur.

15 dekabr 2013 | 16:00

Qəbələ Rayon Mədəniyyət Mərkəzində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının tamaşası olmuşdur. Teatrda Üzeyir Hacıbəyovun eyni adlı “O olmasın bu olsun” musiqili komediyası nümayiş olunmuşdur. Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Laləzar Hüseynovadır.
Məşədi İbad rolunu Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abbasov, Rüstəm bəy rolunda Dağıstan Respublikasının əməkdar artisti Əliyar Hüseynov, Sənəm rolunu Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova ifa etmişdir.
Aktyorlardan Sərxan Səmədovun, Hörmət Aslanovun, Mahir Məlikovun və Dinşax Abdulqafarovun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər