Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şahmat üzrə rayon birinciliyi keçirilmişdir

19 dekabr 2013 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “2009-2014-cü illərdə Azərbaycanda Şahmatın İnkişaf etdirilməsi Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasının təmin edilməsi, həmçinin şahmat idman növünün geniş yayılmasına nail olmaq, onun kütləviliyini təmin etmək məqsədilə 18 dekabr 2013-cü il tarixdə Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Şahmat məktəbində “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunmuş oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Şahmat məktəbinin direktoru Kamran Cabbarov çıxış edərək bidirdi ki, yarışın keçirilməsində məqsəd iştirakçıların idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, müvafiq yaş qrupları üzrə rayonun yığma komandasının tərkibini müəyyən etməkdən ibarətdir. Daha sonra çıxış edənlər “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibəti ilə yarış iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladılar.
8-10-12-14 və 16 yaş qruplarında yeniyetmə və gənclər dairəvi sistem üzrə mübarizə aparmışlar. Yarışda 40-ə qədər oğlan və qızlar öz qüvvələrini sınamışlar.
Birinciliyin yekununa əsasən müvafiq yaş qrupları üzrə oğlanlar arasında Kərimov Əli Rüstəm oğlu, Hümbətli Nurlan Hümbət oğlu, İmamov Turqay Ravil oğlu, İsmili Arzu Nabir oğlu və Abdulkərimli Mehrab Ərrəhman oğlu, qızlar arasında isə Rəhmanova Səfidə, Abdurəhmanlı Səmra Əflatun qızı və Abdulkərimli İlahə Ərrəhman qızı birinci yerə çıxmışlar. Hər yaş qrupunda I, II və III yeri tutan qaliblərə rayon Gənclər və İdaman İdarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər