Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənc Sahibkarların Qəbələ Forumu keçirilib.

22 dekabr 2013 | 16:00

Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc sahibkarların biznes bacarıqlarının inkişafına yardım göstərilməsi üçün Gənc Sahibkarların Qəbələ Forumu keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun aparıcı məsləhətçisi Mübariz Qədirov, “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva, “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edib. Məlumat verilib ki, forumun keçirilməsində əsas məqsəd gənc iqtisadçıları və sahibkarları Azərbaycanda cərəyan edən iqtisadi proseslər, bu proseslərə təsir edən xarici və daxili amillər, əsas prioritet sahələr və dayanıqlı inkişafa mane olan problemlər barədə peşəkar səviyyədə məlumatlandırmaq olub. Gənclərin bu sahədə şəxsi fikir və düşüncələri öyrənilib, ölkə iqtisadiyyatının inkişafında gənclərin iştirakını artırmaq üçün həyata keçirilən layihələr müzakirə olunub.
Forumda Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bu tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıdığını, hər bir ölkənin ümumi inkişafında sahibkarlığın mühüm çəkiyə malik olduğunu qeyd edib, gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı dövlət siyasətinin uğurla icra edildiyini, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımların atıldığını vurğulayıb.
Tədbirdə Qəbələ, İsmayıllı və Oğuz rayonlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də ekspertlər, aidiyyatı dövlət orqanlarından nümayəndələr iştirak edib. İştirakçılar kiçik və orta sahibkarlığın aktivləşdirilməsi və inkişafının dəstəklənməsi üzrə fikir mübadiləsi aparıblar. Müzakirələrin nəticəsi olaraq hazırlanacaq təkliflər paketinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Keçidlər