Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nic qəsəbə İnzibati Ərazi Nümayəndəliyində 2013-cü ildə sosial-iqtisadi sahədə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir.

24 yanvar 2014 | 16:00

Rayonun Nic qəsəbəsində inzibati ərazi nümayəndəliyinin 2013-cü ildə sosial-iqtisadi sahədə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev, kənd sakinləri, ziyalılar iştirak etmişlər. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Qəsəbə inzibati ərazi nümayəndəsi Vidadi Mahmudov yığıncaq iştirakçılarına ətraflı məruzə etmişdir. Məruzəçi hesabatında əsasən 2013-cü ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Nic qəsəbəsində aparılmış tikinti-abadlıq işlərinin həcminin artdığını, qəsəbənin xeyli abadlaşdırıldığını, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün qəsəbənin mərkəzində park salındığını, mərkəzi küçənin abadlaşdırılaraq kənarlarının dekorativ hasarla işlənildiyini, asfalt döşəndiyini, işıqlandırma sisteminin yenidən quraşdırıldığını, əhalinin sosial rifah halının əsaslı surətdə yaxşılaşdırıldığını, xeyli yeni iş yerlərinin açıldığını vurğulamışdır. Tədbirdə çıxış edən kənd sakinləri Rövşən Balayev, Oleq Danakari, Babək Məmmədov, Sergey Antonov və başqaları qəsəbədə davam edən sosial-iqtisadi inkişafın vüsətindən, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən razı qaldıqlarını bildirmişlər. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev çıxış etmişdir. RİH başçısı 2013-cü ildə, eləcə də son illərdə ölkədə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində sosial-iqtisadi inkişaf sahəsində əldə edilən nailiyyətlərdən, bu nailiyyətlərin Qəbələdə, habelə Nic qəsəbəsində uğurlu nəticəsindən, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən, qaldırılan problemlərin həlli yollarından danışmış verilən sualları ətraflı cavablandırmışdır.

Keçidlər