Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vəndam qəsəbəsi sosial-iqtisadi inkişaf yolundadır

26 yanvar 2014 | 16:00

Vəndam qəsəbə inzibati ərazi nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak etmişlər.Tədbirdə hesabat məruzəsi ilə çıxış edən qəsəbə inzibati ərazi nümayəndəsi İlham Bağırov 2013-cü ildə Vəndam qəsəbəsində görülən işlər və qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzədə qeyd olnumuşdur ki, hesabat ilində qəsəbənin mərkəzindən keçən magistral yol genişləndirilmiş, səkilər düzəldilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Qəsəbənin mərkəzində müasir tələblərə cavab verən ticarət obyektləri inşa edilmişdir. Yığıncaqda 1 saylı tam orta məktəbin direktoru Qətibə Abbasova, 2 saylı tam orta məktəbin direktoru İradə Cəlilova, qəsəbə sakinlərindən Ağasəddin Nəsirov, Seyidağa Həmidov və başqaları çıxış edərək dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlərdən razı qaldıqlarını, rayonlarda, qəsəbə və kəndlərdə aparılan quruculuq işlərini bəyəndiklərini bildirdilər. Çıxış edənlər qəsəbədə müəyyən problemlərin də olduğunu  vurğulayaraq, qəsəbə mədəniyyət evinin və uşaq bağçasının təmirə zəruri ehtiyacı olduğunu bildirdilər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, yeni iş yerlərinin açılmasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd etdi. Rayon icra hakimiyyətinin  başçısı tədbir iştirakçılarının nəzərinə çatdıraraq bu işlərin sistemli şəkildə aparılacağını, sosial-iqtisadi tərəqqinin bundan sonra da bütün sahələri əhatə edəcəyini bildirdi. Yığıncaqda çıxış  edən Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev 2013-cü ildə ölkə rəhbərliyi tərəfindən respublikamızda sosial-iqtisadi sahədə görülmüş işləri geniş şərh edərək 2014-cü ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. Əflatun Rufiyev qeyd etdi ki, 2013-cü ildə qəsəbədə xeyli işlər görülmüş, irimiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. O bildirdi ki, dövlət başçısının bütün tövsiyyə və tapşırlıqları qəsəbə və rayon rəhbərliyi tərəfindən uğurla icra olunacaq, adamlarımız öz fədakar əməyi ilə dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirəcəkdir. Hesabat yığıncağında qərar layihəsi qəbul olundu.

Keçidlər