Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“I Milli Ecazkar Oyunlar Çempionatı”na hazırlıq seminarı

08 noyabr 2012 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti “I Milli Ecazkar Oyunlar (Puzzle) Çempionatının keçirilməsi” adlı layihənin həyata keçirilməsi prosesinə başlayıb.
Bu qəbildən olan oyunlar artıq 34 ildir ki, dünyanın inkişaf etmiş ölkələrinin böyük şəhərlərində ildə bir dəfə Zehni Oyunlar Çempionatı adı altında keçirilməkdədir. Belə yarışlarda Respublikamızdan nümayəndələrin iştirak etməsi üçün Azərbaycanda istedadlı gənclərin ecazkar oyun yaradıcılığını üzə çıxarmaq məqsədilə seçim mərhələləri başlanmışdır.
Bu məqsədlə Qəbələ rayon Turizm və Otelçilik üzrə Peşə tədrisi mərkəzinin akt zalında Qəbələ rayon üzrə “I Milli Ecazkar Oyunlar Çempionatı”na hazırlıq məqsədilə seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov tədbir iştirakçılarını salamlayaraq tədbirin məqsədi barədə məlumat vermişdir.
Daha sonra Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təlimatçısı, Milli Elmlər Akademiyasının elmi işçisi Ruslan Rəhimli çıxış edərək qarşıya qoyulan əsas məqsəd və vəzifələrin Azərbaycanda istedadlı gənclərin ecazkar oyun yaradıcılığı üzrə ixtiraçılıq potensialını üzə çıxarmaq, ecazkar oyunlar üzrə yarışmaçıların seçilməsi və I Milli Ecazkar Oyunlar Çempionatının keçirilməsidir. Təlimatçı seminar iştirakçılarına müəyyən təlimat xarakterli vəsaitlər təqdim edərək zəka oyunlarının mahiyyəti barədə geniş məlumat vermişdir. Seminarda Təhsil şöbəsinin metodisti T.Səlimova, Texniki Yaradıcılıq Mərkəzinin direktoru M.İsayev, Uşaq Yradıcılıq Mərkəzinin direktoru R.Şirinova və 60-dək yeniyetmə, gənc iştirak etmişdir.
Seminarda bildirildi ki, ecazkar zehni oyun şəxsin yaradıcılığının məhsulu olaraq həmin şəxsin ixtirası hesab olunur. Çempionatda iştirak etmək istəyənlər 10 dekabr 2012-ci il tarixinə qədər öz zehni oyununu və anket formasını dolduraraq agaamc@yahoo.com ünvanına göndərməlidir.
Seminarın sonunda gəncləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
 

Keçidlər