Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə Yeni Azərbaycan Partiyasının təsis olunmasının ildönümü qeyd edilib

20 noyabr 2021 | 16:00

Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü qeyd olunmuşdur. Noyabr ayının 20-də Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı idarə heyətinin üzvləri və partiya fəalları Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini, birinci Qarabağ və Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət etmiş, xatirələrini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər.

 

Keçidlər