Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Üzeyirov Qoşqar Müşviq oğlunun şəhidlik zirvəsinə ucalmasından 1 il ötür

22 noyabr 2021 | 04:00

44 gün davam edən və zəfərlə nəticələnən Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullardan biri -Soltannuxa kənd sakini Üzeyirov Qoşqar Müşviq oğlunun şəhadətə qovuşmasının ildönümü münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuş və şəhidin ailəsi evlərində ziyarət edilmişdir. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər