Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Uşaqları İctimai Birliyinin layihəsi çərçivəsində uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzi yaradılmışdır

24 noyabr 2021 | 09:00

Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.
Mərkəzdə 3-6 yaş və 6-12 yaş  arası uşaqlar 2 qrupda 30 nəfər (hər qrupda 15 nəfər olmaqla) yerləşdirilmişdir. Onların davranış emosianal və fiziki inkişafına, sosial uyğunlaşmasına yardım etmək, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərini inkişaf etdirmək günərzi mərkəzi  işçilərinin əsas vəzifələrindəndir.

Keçidlər