Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ Dövlət Tarix-Bədii Qoruğu” kubok uğrunda gənclər arasında voleybol idman növü üzrə Qəbələ rayon turniri keçirilmişdir

29 noyabr 2021 | 16:00

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Qəbələ rayon Gənclər və İdman idarəsi və Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin birgə imzaladığı əməkdaşlıq memorandiumuna əsasən  29 noyabr 2021-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin idman zalında gənclər arasında voleybol idman növü üzrə Qəbələ rayon turniri keçirilmişdir.Turnirin keçirilməsində məqsəd idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, voleybol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir. Gənclər arasında keçirilən voleybol üzrə Qəbələ rayon turnirinin yekununda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin  komandası I yerə, Qəbələ şəhər 5 saylı tam orta məktəbinin komandası II yerə, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Qalib komandalara kubok və diplomlar, həmçinin hədiyyələr təqdim olunmuşdur.

Keçidlər