Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılığa qarşı mübarizə ”adlı tədbir keçirilib

06 dekabr 2021 | 16:00

06 dekabr 2021-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ RİH-nin nümayəndəsi Anar Şirinov, Qəbələ UADM-nin əməkdaşları, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri  iştirak ediblər. Çıxış edənlər ölkəmizdə gender bərabərliyinin  təmin edilməsi  istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, “Gender əsaslı  zorakılığa qarşı 16 günlük fəallıq”  hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) –10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq  kampaniyadır. Bütün dünyada  fərdi şəxslər  və təşkilatlar  “16 günlük kampaniya” kimi geniş tanınan bu tədbir vasitəsi ilə hamını qadınlara və qızlara qarşı zorakılığın  qarşısını almağa  və aradan  qaldırmağa çağırır. Sonda videoçarx nümayiş olunub.

Keçidlər