Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

10 saylı Ərazi Vergilər İdarəsində peşə bayramı qeyd edilmişdir.

12 fevral 2014 | 16:00

Vergilər Nazirliyinin yaradılmasının 14-cü ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramı münasibətilə 10 saylı Ərazi Vergilər İdarəsinin şəxsi heyəti fevralın 11-də Qəbələ şəhərində olan Heydər Əliyev parkına gələrək  Ümumilli liderin abidəsi önünə tər güllər düzmüşlər. Daha sonra idarənin akt zalında tədbir davam etdirilmişdir. Tədbirdə 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahismayıl Bayramov Vergilər Nazirliyinin 14 illik tarixində əldə etdiyi uğurlardan, iqtisadi nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Tədbirə fəxri qonaq qismində qatılan Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev çıxış edərək vergi əməkdaşlarına şərəfli işlərində uğurlar diləmiş öz tövsiyələrini vermişdir. Daha sonra Vergilər Nazirliyi tərəfindən peşə bayramı münasibətilə xidmətdə fərqlənən vaxtından qabaq xüsusi rütbə almış Əlfəddin Əsgərov və Vəliyəddin Tahirov çıxış edərək onlara göstərilən etimada görə rəhbərliyə öz təşəkkürlərini bildirmişlər.

Keçidlər