Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Ümman Əmiraslanovun doğum günü münasibətilə xatirəsi anılmışdır

21 dekabr 2021 | 16:00

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Mıxlıqovaq kənd sakini, şəhid Əmiraslanov Ümman Namiq oğlunun doğum günüdür. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri şəhid Ümman Əmiraslanovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur. Şəhidin ailə üzvləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər