Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ rayon Gənclər və İdman idarəsi 2021-ci ilin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilmişdir

29 dekabr 2021 | 04:00

Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 28 dekabr 2021-ci il tarixdə Qəbələ Heydər Əliyev Mərkəzində 2021-ci ilin yekunları ilə əlaqədar idmanın müxtəlif növləri üzrə nailiyyət qazanmış bir qrup idmançı və məşqçilərin mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov  çıxış edərək tədbir iştirakçılarını salamlamış, 2021-ci il ərzində idarənin idman sahəsində keçirdiyi tədbirlərdən və respublika səviyyəli yarışlarda iştirakından danışaraq, tədbir iştirakçılarına qarşıdan gələn 2022-ci ildə uğurlar arzulamışdır.
Tədbirin sonunda dövlət idman siyasətinin uğurla həyata keçirilməsində səmərəli fəaliyyətinə görə bir qrup idmançı və məşqçilərə rayon Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri təqdim edilmişdir.

Keçidlər