Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə səhiyyə işçisi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir

31 dekabr 2021 | 03:00

30 dekabr 2021-ci il tarixdə Qəbələ MRX Publiq Hüquqi Şəxsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. Tədbirdə RİH başçısının müavini Ətayə Osmanova iştirak edərək, COVİD-19 -a qarşı mübarizədə və peyvəndləmədə göstərdikləri fədakar əməyə görə səhiyyə işçilərinə təşəkkürünü bildirmişdir. Bu sahədə xüsusi fərqlənən MRX PHŞ-in Drektorunun Əhaliyə Tibbi Xidmət üzrə müavini Cavanşir Məlikov RİH Başçısı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq etmiş, bundan sonra da vətəndaşların sağlamlığı keşiyində ləyaqətlə dayanacaqlarını və COVİD-19-a qarşı ölkəmizdə gedən böyük mübarizə işlərində fəal iştirak edəcəklərini bildirmişlər.

Keçidlər