Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində,"20 yanvar - Anım günü"nə həsr olunmuş tədbir keçirilib

19 yanvar 2022 | 04:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, 20 yanvar - Anlm günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev, Mərkəzin Mülki Müdafiə Qərargah rəisi, Vətən Müharibəsinin iştirakçısı İlham Əfəndiyev Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıblar. Qeyd olunub ki, 20 yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmişdir.Diqqətə çatdırılıb ki, 20 yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar. Sonda Mərkəzin tələbələrinin ifasında şəhidlərimizə, Vətənə həsr edilmiş şeirlər səsləndirilmiş, 20 yanvar hadisələrini əks etdirən videoçarx nümayiş edilmişdir.

Keçidlər