Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Mədəniyyət Mərkəzində Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

22 fevral 2014 | 16:00

Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə əlaqədar Qəbələ rayonunda silsilə tədbirlərin keçirilməsinə dair RİH başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda foto-rəsm sərgiləri təşkil olunmuş, anım günlərinin, ədəbi-bədii kompozisiyaların və görüşlərin keçirilməsinə başlanılmışdır.
Fevralın 21-də rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə Xocalı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, sonra mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, xalq teatrının rejjisoru Füzuli Sərkərov, MKC-nin resurs şöbəsinin işçisi Gülnar Ədilova və tarix-diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov çıxış edərək XX əsrin ən qanlı soyqırımı olan Xocalı faciəsi barədə yığıncaq iştirakçılarına geniş məlumat vermişlər.
Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

Keçidlər